"Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC

"Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC

        “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC  ilkin fəaliyyəti dövründə liman, əsasən, balıq məhsullarının emalı, istehsalı, konservləşdirilməsi və satışını həyata keçirmişdir.

        2011-ci ildə Limanın idarəçiliyi “Baku Steel Company” MMC-yə dövr edildikdən sonar burada geniş miqyaslı təmir və yenidənqurma işləri aparılmışdır. Liman ərazisində yeni yanalma körpüsü inşa edilmişdir. Köhnə dəmir yolu yenidən qurulmuş və 900 m uzunluğunda yeni dəmir yolu xə_i salınmışdır. Müxtəlif təyinatlı anbarlar tikilmişdir. Məhsulların yüklənməsi və boşaldılması üçün ən yeni avadanlıqlar quraşdırılmışdır. 

        “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” müxtəlif növ xidmətlər həyata keçirməkdədir. Liman ərazisində quru yüklərin – polad, taxta məmulatları, inşaat materialları, taxıl və digər kənd təsərrüfatı məhsullarının daşınması, yüklənməsi və boşaldılması xidmətləri həyata keçirilir. Liman il ərzində 4.000 ədəd konteyner qəbul etmə, yükləmə və istənilən müddətdə saxlama imkanlarına malikdir.

        Liman ərazisində açıq və qapalı tipli anbarlar mövcutdur. Qapalı tipli anbarların sahəsi 13.600 m², açıq tipli anbarların sahəsi 150.000 m²-dir.

        “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” müxtəlif şirkət və qurumlarla əməkdaşlıq  etməkdədir. Bizim məqsədimiz müştərilərə yüksək xidmət göstərmək və onların maksimal  rahatliğını təmin etməkdir. Bütün bunları nəzərə alaraq, müştərilər üçün rahat şəraiti olan  müvəqqəti yaşayış yerləri və iş kabinetləri təklif olunur.

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo
photo
photo
photo
Sorğu göndərin
Ad və soyad *
Telefon *
E-poçt ünvanı *
Mesajınız *
Müraciətiniz uğurla göndərildi!
Əməkdaşlarımız sizinlə tezliklə əlaqə saxlayacaq.
Xəta baş verdi!
Zəhmət olmasa bütün sahələri düzgün doldurun və yenidən cəhd edin.