Aşqabadda Beynəlxalq Nəqliyyat Forumu başlayıb
Türkmənistanın paytaxtı Aşqabadda “Beynəlxalq nəqliyyat və tranzit dəhlizi: qarşılıqlı əlaqə və inkişaf” konfransı keçirilir.
“Qafqazinfo” xəbər verir ki, tədbir öz işini 18-20 iyul 2022-ci il tarixlərində davam etdirəcək. Plenar iclas məruzəçilərin məruzələri ilə başlayıb.
Tədbirdə “Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirovun rəhbərlik etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “Caspian Logistics Solutions” şirkətinin nümayəndələri iştirak edirlər.
İştirakçı ölkələrin liman və logistika şirkətlərinin nümayəndə heyətləri ilə görüşlər keçirilir.