"Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC
Qonşu ölkələr arasında ticarət əlaqələrini həyata keçirmək üçün Xəzər sahilində tarix boyu müxtəlif təyinatlı limanlar fəaliyyət göstərmişdir. Belə limanlardan biri də Bakı Hövsan Beynəlxalq Dəniz Limanıdır.
Bakı Dəniz Balıq Limanı İdarəsi 1969-cu ildən fəaliyyətə başlayıb, 1971-ci ildə Hövsan Konserv Zavodu, 1976-cı ildə isə Bakı Balıq Soyuducu Donanma Bazası yaradılıb. Bakı Dəniz Balıq Limanı İdarəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 43 saylı 17.07.2001-ci il tarixli Sərəncamına əsasən “Bakı Dəniz Balıq Limanı” ASC-nə çevrilmişdir.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunaması və Özəlləşdirilməsi Departamentinin Sərəncamı ilə 30.10.2001-ci il tarixli 62k saylı əmrə əsasən Hövsan balıq Konserv zavodu “Hövsan Balıq Konserv” ASC-i adlandırılıb.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunaması və Özəlləşdirilməsi Departamentinin 13.07.2001-ci il 31 saylı əmrinə əsasən Bakı Balıq Soyuducu Donanma İdarəsi “Soyuducu Donanma” ASC-nə çevrilmişdir.
“Bakı Dəniz Balıq Limanı” ASC-nin 01.07.2004-cü il tarixli Səhmdarların ümumi iclasının 01 saylı Protokoluna əsasən “Hövsan Balıq Konserv” ASC-i “Bakı Dəniz Balıq Limanı” ASC-nə qoşulmuşdur.
25.05.2005-ci il tarixində keçirilmiş Səhmdarların ümumi iclasının 02 saylı Protokoluna əsasən “Soyuducu Donanma” ASC-i “Bakı Dəniz Balıq Limanı” ASC-nə qoşulmuşdur. .
“Bakı Dəniz Balıq Limanı” ASC-nin 14 iyun 2017-ci il tarixli Səhmdarların ümumi iclasının Protokoluna əsasən “Bakı Dəniz Balıq Limanı” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb və 13 iyul 2017 - ci il tarixli 1701020021115000 saylı çıxarışa əsasən Dövlət qeydiyyatından keçmişdir.
TERMİNAL
Azərbaycan və Qazaxıstanın birgə müəssəsi olan “Bakı Taxıl Terminalı” 04.04.2007-ci il tarixində istifadəyə verilmişdir.
Terminal kompleksində İspaniyanın “Silos Cordoba” firmasının istehsalı olan 5 ədəd metal silos çəni quraşdırılmışdır ki, bunların da ümümi tutumu 15 min tondur. Terminalın istehsal gücü saatda 300 ton, illik dövrüyyəsi 500 min tona qədərdir. Taxıl terminalının bazasında gücü gündə 150 ton olan müasir və yüksək texnoloji üstünlüyə malik un dəyirmanı fəaliyyət göstərir. Dəyirmanda müasir dünya standartlarına cavab verən İsveçrənin “Buhler” şirkətinin ən son texnoloji avadanlıqları quraşdırılmışdır.
Terminal Azərbaycanı taxılla təmin etməklə yanaşı, həmçinin, Qazaxıstan taxılının qafqaz ölkələrinə, Qara dəniz və Avroa ölkələrinə daşınmasına kömək etməkdir.