13 sentyabr 2023-cü ildə Qırğızstan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Osmonaliyev Kayrat Mederbekoviç və səfirliyin nümayəndə heyəti “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-də olmuşdur.

Limanın baş direktoru Rəşad Daşdəmirov qonaqları limanda qarşılamış və Liman ərazisində infrastrukturla, texnikalar ilə, körpülərdə və limanda yük daşımaların logistikası ilə tanış etmişdir.
Limanın baş direktoru qonaqlarla görüş keçirmiş, nümayəndə heyətinə limanın fəaliyyəti haqqında hazırlanmış Video çarx nümayiş etdirilmişdir.
Qərara alındı ki, Qırğızstan Respublikasından Avropaya Logistikanın təşkili üçün qısa zamanda Hövsan limanında görüş keçirilsin.
Həmçinin gələcəkdə Logistik Forumlarda Qırğızstan Respublikasının iş adamları ilə əməkdaşlığın başlanılması məqsədi ilə görüşlər təşkil olunsun.