"Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC
İpək Yolu ilə ticarət üçün bir zamanların əsas gəliş - gediş maşurutu oln Mərkəzi Avrasiya şərqlə qərbi, şimalla cənub arasında tarixi kommersiya körpüsü rolunu yeniden özünə qaytarmaq niyyətindədir. Azərbaycan Avrasiyanın mühüm torpaq və hava nəqliyyatı dəhlizlərinin kəsişmə nöqtəsində yerləşir. Bu, düzgün istifadə edildiyi təqdirdə, onun üzun-müddətli uğurunda vacib rol oynayacaq bir amildir, çünki potensial amil olaraq ölkə Avropa ilə Asiya arasında yalnız kommersiya körpüsü rolunu oynamayıb , həmdə Avrasiyada böyük paylama qovşağına çevrilə bilər. Azərbaycan regionda vacib kemmersiya və nəqliyyat mərkəzlərindən birinə çevrilmək və regional inkişafa təkan verən ölkə olmaq imknaına malikdir. onun yeri, təbii sərvətlərinin zənginliyi və dinamik yeni nəsil bu perspektiv məqsədi gerçəkləşdirməyə kömək edər. “ Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC 12 iyul 1956 cı ildə fəaliyyətə başlayıb. İlk illərdə limanın fəaliyyəti balıq emalı, istehsalı, konservəşdirilməsi və satışından ibarət idi.
“ Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC adını aldıqdan sonra burada geniş miqyaslı təmir və yenidənqurma işləri aparılmışdır. Köhnə dəmir yolu yenidən qurulmuş, 60 vaqonluq yeni dalan xəttlərin tikintisi prasesi davam etdirilir. Yeni konteyner meydançası və yanalma körpüsü inşa edilmişdir. Müxtəlif təyinatlı anabarlar təmir edilmiş və karbamit anabarı inşa edilmişdir. Yüklərin sürətli şəkild aşırılması məqsədi ilə yeni avadanlıqlar quraşdırılmışdır. Libher, Fuchs, Hyuster, Bobcat, Komatsu, Helli şirkətlərinin yükdaşıyıcıları, İveco, Howa, Mercedes-benz şirkətlərini yük avtomobiləri, Kalmar firmasının Reach stacker konteyner daşıyıcı avadanlıqlar limanın daha keyfiyyətli xidmət göstərməsi üçün satın alınmışdır.Limanda dəmir yolu ilə yüklərin daşınmasının və yer dəyişməsi üçün iki ədəd lokomotiv fəaliyyət göstəriri. İşçi heyətinin müvəqqəti yaşaması üçün yataqxana və yaşayış yerləri, müştəri üçün muasir ofislər və digər obiyektlər inşa edilmişdir. “ Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı ” ASC Xəzər yanı ölkələrin Rusiyya, Qazaxıstan, Türkmənistan, İran limanları ilə yüklərin daşınmasın keçirir, eyni zmanda Türkiyə, Gürcüstan və digər ölkələrə yük daşınmasın ilə bağlı transit xidmətlər göstəririk. “ Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı ” ASC “ Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiyyasının üzvüdür.