31 mart 2023-cü ildə Ölkəmizdə səfərdə olan Qazaxstan Respublikasının "ERSAİ" limanın baş direktoru
31 mart 2023-cü ildə Ölkəmizdə səfərdə olan Qazaxstan Respublikasının "ERSAİ" limanın baş direktoru
Yalbaçev Mixail və nümayəndə heyəti “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-də olmuşdur.
Qonaqlar Liman ərazisində infrasrtukturla, limanda olan texnikalar və körpülərdə aparılan yük aşırımı əməliyyatları ilə tanış oldular. Nümayəndə heyətinə limanın fəaliyyəti haqqında ətraflı məlumat verildi. "ERSAİ" Limanın baş direktoru əvvəllərdə limanda olduğunu və hazırda Hövsan limanı üçün hazırlanan rəhbər sənədlərin və ərazidə aparılan infrastruktur işlərin çox yaxşı olduğunu bildirdi bu təcrübənin onlar üçün faydalı olacağını qeyd etdi.
Hər iki tərəfdən gələcəkdə Dəniz Limanları ilə əməkdaşlığın inkişafı üçün qurumlar arasında "MEMORANDUM" imzalanması üçün hazırlıq işlərin aparılması tapşırıldı.
Xatirə şəkilləri çəkildi və qonaqlara Liman haqqında hazırlanmış hədiyyələr verildi