APM TERMİNALS
APM TERMİNALS şirkətinin ev sahibliyi və strateji tərəfdaşı olan Middle Corridor “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TMTM) Beynəlxalq Assosiasiyası ilə birgə təşkil etdikləri “Black and Caspian sea ports & shipping 2022” Beynəlxalq konfrans və sərgidə iştirak etmək məqsədi ilə 4-8 aprel 2022-ci ildə Gürcüstan Respublikasına ezam olunmuşduq.
Konfransda 16 ölkənin 150-ə yaxın Liman, Gəmiçilik və Logistika üzrə rəhbər heyət, həmçinin nümayəndə iştirak edirdi.
Konfrans zamanı “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru,
- Qazaxıstan Respublikasının Aktau və Kurık limanın rəhbərliyi ilə,
- Gürcüstan Respublikasının Poti limanında fəaliyyət göstərən “APM TERMİNALS” şirkətinin rəhbərliyi ilə,
- “MAERSK İNTEGRATED CONTEİNER LOGİSTİCS” şirkətinin nümayəndələri ilə,
- “MEDLOG TRANSPORT VƏ LOGİSTİCS” Gəmiçilik şirkətinin Araliq dənizi üzrə Türkiyənin Mərsin şəhərindəki nümayəndəsi ilə,
- Türkiyənin İzmir şəhərindəki “BRİMSTONE” şirkətinin nümayəndəsi ilə,
- TRACECA-nın baş katibi və digər şirkətlərin nümayəndələri ilə görüşlər keçirildi, “Bakı Hovsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC haqqında məlumat verildi və danışıqlar aparıldı. Baş katib gələn həftə Limana gəlməsini bildirdi.
Tbilisi şəhərində Gürcüstan Respublikasının “REFTRANS” şirətinin prezidenti Qiorqiy Kuçerava ilə görüşlər keçirildi. Görüşdə yüklərin “KANGALASSY” gəmisi ilə Hovsan Limanından daşınması, Limanda olan Liepher kranından istifadə edilməsi və digər məsələlər müzakirə edildi.