Aşqabadda Beynəlxalq Nəqliyyat Forumu başlayıb
Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Beynəlxalq nəqliyyat-tranzit dəhlizi: qarşılıqlı əlaqə və inkişaf” adlı konfrans keçirilir.
“Qafqazinfo” xəbər verir ki, tədbir 18-20 iyul 2022-ci il tarixlərdə öz işini davam etdirəcək. Plenar iclas spikerlərin çıxışları ilə başlayıb.
Tədbirdə Azərbaycanı "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-in baş direktoru Rəşad Daşdəmirovun rəhbərliyi ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), "Caspian Logistics Solutions" şirkətinin nümayəndələri iştirak edir.
İştirakçı ölkələrin liman və logistik şirkətlərin nümayəndə heyəti ilə görüşləri keçirilir.