Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyev “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Bu Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı 27 noyabr 2023-cü ildə Orta Dəhlizin perspektiv imkanları, onun fəaliyyətinin genişləndirilməsi, o cümlədən 2024-cü il üzrə tarif siyasətinin formlaşdırılması ilə bağlı məsələlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə İşçi qrupunun Bakıda iclası keçirlmişdir.
Qarşıda qoyulan tapşırıqların icrası ilə əlaqədar 28 noyabr 2023-cü ildə Qazaxıstan Respublikasının "Kazaxıstan Temir Jolu" cəmiyyətinin sədr müavini Yerlan Koyşibayev, Gürcüstan Respublikasının "Gürcüstan Dəmir Yolu" cəmiyyətinin Yük daşımalar üzrə direktoru Kahaber Qudiaşvili, Batumi Beynəlxalq Dəniz Ticarət Limanın baş direktoru Ulan Tleugali, "Azərbaycan Dəmir Yolu" QSC sədrinin müşaviri Emil Məmmədov və nümayəndə heyəti “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-də olmuşdur.
Limanın baş direktoru Rəşad Daşdəmirov qonaqları limanda qarşılamış və Liman ərazisində infrastrukturla, limanın texnikaları ilə, körpülərdə və limanda yük daşımaların logistikası ilə tanış etmişdir.
Yüklərin Qazaxıstan və Gürcüstan Respublikalarından Avropaya, həmçinin əks istiqamətdə Logistikanın təşkili üçün qısa zamanda təkrar görüş keçirilsin və praktiki işlərə başlanılsın.