"Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı"
"Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin Rəhbərliyi Limanın tarixində ilk dəfə olaraq Azərbaycanda hər il qeyd olunan 25 İyun "Dənizçi günü" münasibəti ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoruna məktubla müraciət etmişdir. Edilən müraciətin nəticəsində Limanın iki əməkdaşı "Donanmanın Fəxri İşçisi" döş nişanı ilə təltif olunmuşdur.
Limanın baş direktoru liman əməkdaşlarının iştirakı ilə döş nişanlarını təltif olunanlara təqdim etmiş, onları təbrik edərək gələcək işlərində yeni uğurlar arzulamışdır.