“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC
“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC nəqliyyat qovşağı rolunu oynamaqla yanaşı liman ərazisində dəmir yolu ilə daşınan yüklərin yerdəyişməsinin sürətləndirmək məqsədi ilə iki ədəd dəmir yolu xətti yenidən inşaedilib, istifadəyə verilib və həmçinin limanın texniki bazasına yeni lokomativ əlavə olunub. Bundan başqa vahid nəqliyyat sisteminin bir bölməsi olan avtomobil nəqliyyatı ilə də yüklərin daşınmasının rahat və operativ yerinə yetirilməsi üçün liman ərazisində olan avtomobil yolları tam təmir olunub, avtomobilərin yük növbəsini gözləməsi üçün geniş avtopark yaradılaraq sürücülərin istifadəsinə verilib.