“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov Özbəkistan Respublikasında işgüzar səfərdə olmuşdur.
“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov Özbəkistan Respublikasında işgüzar səfərdə olmuşdur.
Türk Dövlətləri Təşkilatının baş katibliyinin təşkilatçılığı ilə 28-29 iyun 2024-cü ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində yeni “Logistika mərkəzi və yükdaşıma Alyansı”-nın yaradılması tədbiri keçirilmişdir.
Hövsan Limanının baş direktoru təşkilatçılar tərəfindən tədbirdə iştirak etmək üçün dəvət olunmuşdu.
Limanın nümayəndə heyəti, Özbəkistan Respublikasının dövlət və özəl sektorun, həmçinin Türk Dövlətləri Təşkilatı ölkələrinin 29 şirkətinin nümayəndələri iştirak etmişdir.
Alyansın fəaliyyət göstərilməsi məqsədi ilə növbəti iclasın Azərbaycan Respublikasında təşkil olunması planlaşdırıldı.