“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov Rumıniya Respublikasında səfərdə olmuşdur.
“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov Rumıniya Respublikasında səfərdə olmuşdur.
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası və Rumıniya Respublikasının “Konstansa Beynəlxalq Dəniz Limanı” Biznes Assosiasıyanin birgə təşkil etdiyi “Xəzər və Qara dəniz hövzəsi ölkələrindən Rumınıyaya-Avropaya Yük daşımaların təşkili” mövzusunda Forum-Sərgi 02 iyul 2024-cü ildə öz işinə başladı.
Tədbirdə Hövsan limanının baş direktoru Rəşad Daşdəmirovun rəhbərliyi altında limanın nümayəndə heyəti, həmçinin Xəzər-Qara dəniz hövzəsinin, eyni zamanda Avropa ölkələrinin Dənizçilik şirkətləri və Liman fəaliyyəti göstərən qurumların nümayəndələri iştirak etmişdir.
Forumda istirak edən nümayəndə heyyəti Konstansa limanının infrastrukturu ilə tanış olundu.
Forum vaxtı Hövsan limanın baş direktoru tədbirdə iştirak edən liman və şirkətlərin rəhbərləri ilə qarşılıqlı əməkdaşlıq üçün görüşlər keçirtdi, görüşlər zamanı Hovsan limanının fəaliyyəti və infrastrukturu haqqında məlumatlar verildi.
04 iyulda tədbirdə müxtəlif liman və şirkətlərin infrastrukturu və texnikalarının sərgisi keçirildi. 04 iyul 2024-cü ildə tədbir öz işini yekünlaşdırdı.