Daşkənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatın (ŞƏT) I Beynəlxalq Transport- logistika Forumu, ŞƏT Nəqliyyat Nazirlərinin Toplantısı, "Özbəkistan TransLogistika" Forumu və sərgisi keçirildi.
Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə 01- 03 noyabr 2023-cü ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatın (ŞƏT) I Beynəlxalq Transport- logistika Forumu, ŞƏT Nəqliyyat Nazirlərinin Toplantısı, "Özbəkistan TransLogistika" Forumu və sərgisi keçirildi.
Forum-sərgidə "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin baş direktoru Rəşad Daşdəmirovun rəhbərliyi altında limanın nümayəndə heyəti, dünyanın 25 ölkəsindən 128 şirkət və regionun 5 limanın nümayəndələri iştirak etmişdir.
Limanın baş direktoru Forum-sərgi vaxtı Qırğızıstan Respublikasının Nəqliyyat naziri Tulek Tekebaev və Özbəkistan Respublikasının Nəqliyyat Nazirinin 1-ci müavini Mamanbiy Ömarovla görüşmüş, Limanın infrasrtukturlu, limanın texnikaları, limanda Xidmətlər üzrə yük daşımaların logistikasının təşkili və limanın fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
Gələcəkdə qardaş ölkənin loqistika şirkətləri ilə daha sıx əlaqələrin saxlanılması və Xəzər dənizində yük həcminin artırılması barədə əməkdaşlığın inkişafı müzakirə edildi.