HÖVSAN LİMANIN RƏHBƏRlLiYİ GÜRCÜSTANDA BATUMİ LİMANINI ZİYARƏT ETMİŞDİ
Gürcüstan Respublikası “Batumi Beynəlxalq Dəniz Ticarət Limanı”-nın baş direktoru Ulan Tleuqalinin dəvəti ilə 15-16 may 2024-cü ildə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirovun rəhbərliyi altında limanın nümayəndə heyəti, Gürcüstan Respublikasının Batumi şəhərlərinə səfər etmişdir.
Səfər vaxtı Hövsan limanın baş direktoru və Batumi limanın rəhbərliyi ilə geniş tərkibdə görüş keçirilmişdir. Batumi limanın infrastrukturu və iş fəaliyyəti haqqında tanış olmuşlar. Liman ərazisində və akvatoriyasındakı texniki vasitələr, həmçinin hidro-texniki qurğular göstərilmişdir.
Görüş vaxtı iki liman arasında əməkdaşlıq əlaqələrinin inkişafı, Xəzər-Qara dəniz hövzəsindən Avropa ölkələrinə və əksinə Yük dövriyyəsi həcminin artırılması məqsədi ilə yükdaşımanın təşkil edilməsi müzakirə edilmişdir.