Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişafı Naziri Marat Karabayev
13 avqust 2023-cü ildə Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişafı Naziri Marat Karabayev və qardaş ölkənin "Kazakstan Temir Jolı" NK, "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TMTM) Beynəlxalq Assosiasiyasi, "Aktau Beynəlxalq Ticarət Dəniz Limanı", "Kurık Dəniz Limanı", "Aktau Dəniz Şimal Terminalı" "Semurg İnvest Dəniz Terminalı", "Yersay Dəniz Limanı", "Kazmortransflot", "PTC Holding", "Azurite Ligistics", "Capital İndustry", "DAR RAIL", "KazAzot", "TransKom" (ERG), "Kazcor-Transservis", "Vostokmaşınzavod" və digər şirkətlərin rəhbər heyəti ilə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-də olmuşdur.
Qazaxıstan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Alim Bayel nümayəndə heyətini müşayiət etmişdir.
Qonaqlar Liman ərazisində infrasrtukturla, limanın texnikaları və limanda Xidmətlər üzrə yük daşımaların logistikasının təşkili ilə tanış olmuşlar.
Limanın baş direktoru Rəşad Daşdəmirov qonaqlarla görüş keçirmiş, nümayəndə heyətinə limanın fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
Görüşdə iştirak edən qonaqların suallarına dolğun cavab verildi. Gələcəkdə qardaş ölkənin şirkətləri ilə daha sıx əlaqələrin yaranması və Xəzər dənizində yük daşımaların həcminin artırılması barədə əməkdaşlığın inkişafı müzakirə edildi.
Sonda xatirə şəkili çəkilmişdir.