Qırğızstan, Özbəkistan, Gürcüstan Respublikalarının Azərbaycan Respublikasındakı Səfirləri: Kayrat Osmonaliyev, Baxrom Aşrafxanov, Zurab Pataradze və Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Məhəmməd Qurbanov
28 oktyabr 2023-cü ildə Qırğızstan, Özbəkistan, Gürcüstan Respublikalarının Azərbaycan Respublikasındakı Səfirləri: Kayrat Osmonaliyev, Baxrom Aşrafxanov, Zurab Pataradze və Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Məhəmməd Qurbanov “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-də olmuşlar.
Limanın baş direktoru Rəşad DAŞDƏMİROV qonaqları limanda qarşılamış və Liman ərazisində infrastrukturla, limanın texnikaları ilə, körpülərdə və limanda yük daşımaların logistikası ilə tanış etmişdir.
Limanın baş direktoru qonaqlarla görüş keçirmiş, nümayəndə heyətinə limanın fəaliyyəti haqqında ətraflı məlumat verilmiş və müzakirələr vaxtı verilən bütün suallara ətraflı cavab verilmişdir.
Liman haqqında hazırlanmış Video çarx nümayiş etdirilmişdir.
Qərara alındı ki, Qırğızstan, Özbəkistan və Gürcüstan Respublikalarından Avropaya və əks istiqamətdə Yük daşımaların Logistikasının təşkili üçün yeni marşrutun yaradılmasına ehtiyac var.
Bu məqsədlə əməkdaşlığın başlanılması üçün Qırğızstan, Özbəkistan, Türkmənistan və Gürcüstan Respublikalarının Logistik şirkətləri və iş adamları ilə birlikdə görüş təşkil olunsun.