"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyanın İclası öz işinə başlamışdır.
06 fevral 2023-cü ildə Qazaxıstanın Almata şəhərində "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyanın İclası öz işinə başlamışdır.
"Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-in baş direktoru Rəşad Daşdəmirov və nümayəndə heyəti Xəzər dənizi ətrsfındakı ölkələr, Qara dəniz hövzəsinin 8 ölkəsindən 19 Logistika və Liman rəhbərləri ilə birlikdə iclasda iştirak etmişdir.
Orta Asiyadan Azərbaycan üzərindən Türkiyəyə daha sonra Avropanın digər ölkələrinə Yük daşıma həcminin artırılması, Tariflərin müəyyən edilməsi və digər mövzuların müzakirələri aparılmış, 08 fevralda İclas öz işini yekunlaşdırmışdır.
Sonda bütün iştirakçılarla xatirə şəkili çəkilmişdir.